Yaponiya G20 ölkələri Xarici İşlər nazirlərinin görüşünə daha 9 ölkəni dəvət edib
Oktyabr 04
10:38
2019
Yaponiya hökuməti G20 ölkələri Xarici işlər nazirlərinin Naqoya şəhərində keçiriləcək görüşünə daha doqquz ölkənin nümayəndələrini dəvət edib.
Oktyabrın 4-də Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, noyabrın 22-23-də keçiriləcək görüşdə İspaniya, Çili, Vyetnam, Misir, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur və Tailandın Xarici işlər nazirləri də iştirak edəcəklər.