SON XƏBƏR

Yaponiya Ermənistan şirkətinə qarşı sanksiya tətbiq edib

Dekabr 15
09:31 2023
Yaponiya Rusiya, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

"Report” xəbər verir ki, rəsmi Tokio 57 şirkətə ixrac məhdudiyyətləri, 35 fiziki və 43 hüquqi şəxsə aktivlərin dondurulması, həmçinin BƏƏ, Ermənistan, Suriya və Özbəkistandan olan bir sıra şirkətlərə məhdudiyyətlər tətbiq edib.

İxrac məhdudiyyətləri bir sıra sənaye, aviasiya, müdafiə, gəmiqayırma və tədqiqat müəssisələrini əhatə edir.

Eyni zamanda yanvarın 1-dən Rusiyadan qeyri-sənaye məqsədləri üçün almazların idxalı qadağan ediləcək. Aşkar ediləcəyi təqdirdə aktivləri dondurulacaq şəxslər və təşkilatların siyahısı hələ açıqlanmayıb.

Tokio Rusiya Federasiyasının məhdudiyyətlərdən yan keçməsinə kömək etdiyinə görə xarici şirkətlərə qarşı sanksiyaları BƏƏ-dən iki, Ermənistandan bir, Suriyadan bir və Özbəkistandan iki şirkətə qarşı tətbiq edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook