Yaponiya Baş nazirinin “İşləməyə söz verirəm” ifadəsi “ilin ən populyarı” seçildi
Dekabr 02
11:59
2025
Yaponiyanın Baş naziri Sanae Takaiçinin oktyabr ayında seçkidə qələbəsindən sonra səsləndirdiyi "İşləməyə söz verirəm” ifadəsi ölkədə 2025-ci ilin ən populyar ifadəsi elan edilib.
Qaynarinfo-nun Asahi qəzetinə istinadən məlumatına görə, T&D Hoken Groups tərəfindən təşkil olunan "2025-ci ilin Yeni və Dəbli İfadələri” müsabiqəsinin nəticələri açıqlanıb. Səsvermənin qalibləri arasında Takaiçinin qələbə nitqində ardıcıl 5 dəfə təkrarladığı "İşləməyə söz verirəm” ifadəsi və "Qadın baş nazir” termini yer alıb.
Mükafatlandırma mərasimində çıxış edən Takaiçi, ifadənin həm tərif, həm də tənqid topladığını bildirərək Yaponiyanın hazırda iş-həyat balansı baxımından həssas bir dövrdən keçdiyini qeyd edib. O, çox çalışmaq və ölkəyə töhfə vermək niyyətində olduğunu vurğulayıb:
"Qətiyyən vətəndaşları həddindən artıq çalışmağa təşviq etmək məqsədim olmayıb. Uzun iş saatlarını bir fəzilət kimi təqdim etmək istəməmişdim, xahiş edirəm, məni bu məsələdə yanlış anlamağasınız.”
Baş nazir ölkənin güclü iqtisadiyyat, təhlükəsizlik, diplomatiya və səmərəli dolanışıq imkanlarına əsaslanan ümidverici gələcəyə doğru irəliləməsi üçün çalışacağını bildirib.
Bu il məşhur olan digər ifadələr arasında "Trampın gömrük tarifləri”, ehtiyat düyünü təsvir edən "kokokomai” və Osaka Expo 2025-in maskotu "Myakumyaku” da var.
Xatırladaq ki, Sanae Takaiçi oktyabr ayında Liberal Demokrat Partiyasının liderlik seçkilərində qalib gələrək Yaponiya tarixində ölkənin ilk qadın baş naziri olub. Qələbə çıxışında o, "İşləməyə, işləməyə, işləməyə, işləməyə və işləməyə söz verirəm” sözlərini səsləndirmişdi.