SON XƏBƏR

YAP Salyan rayon təşkilatında imzatoplama kampaniyası uğurla davam etdirilir

Avqust 06
12:51 2016
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar formalaşdırılmış "Yeni Azərbaycan” təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirilməsi üçün Salyan rayonunda imzatoplama kampaniyası uğurla davam etdirilir.
 
YAP Salyan rayon təşkilatinda bu məqsədlə əvvəlcədən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq imzatoplamada iştirak edəcək partiya fəallarının tərkibi müəyyənləşdirilmiş, onlarla treninqlər keçirilmiş, qarşıda duran vəzifələr onlara izah olunmuş, imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyə və təlimatlar verilibdir.
 
Salyan rayonu üzrə fəaliyyət göstərən 2 seçki dairəsinin əhatə etdiyi yaşayış məntəqələrində keçirilən imzatoplama kampaniyasında vətəndaşlar yüksək fəallıq nümayiş etdirirlər. Bundan əvvəlki referendum və seçkilərdə mütəşəkkillik və siyasi fəallıq nümayiş etdirən salyanlılar 26 sentyabr 2016-cı ildə keçiriləcək Referendumda da fəal iştirak etmək əzmindədirlər.
 
Qeyd edək ki, hal-hazırda Salyan rayonunda 7313 nəfər YAP-nın üzvüdür.
 
Qlobal.az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook