SON XƏBƏR

YAP-ın siyahısında maraqlı simalar: AVP-nin keçmiş namizədi, psixoloq...

İyul 17
15:54 2024
Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısında maraqlı simalara da rast gəlinir. 

Qaynarinfo xəbər verir ki, onlardan biri 62 saylı Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülən Kazımova Yadigar Təvəkgül qızıdır. 

Onun adının diqqətimiz çəkməyin səbəbi var. Məsələ burasındadır ki, Yadigar Kazımova 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində Ana Vətən Partiyasının (AVP) namizədi olub. AVP onun namizədliyini 57 saylı Kürdəmir seçki dairəsindən irəli sürüb.

Digər maraqlı sima isə Bağırova Fidan Yusifəli qızıdır. Psixoloq kimi fəaliyyət göstərən Fidan Bağırova "Viqas Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin rəhbəridir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook