YAP-ın namizədindən barəsində səslənən ittihamlara cavab
Yanvar 06
09:53
2020
Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən şəxslərdən biri də 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədi Elnur Allahverdiyevdir.
Qlobal.az
Yeniç.az Editor.az-a istinadla xəbər verir ki, Elnur Allahverdiyev qalmaqallı iş adamı kimi xarakterizə edilir: "”Azercell” üzərindən kontur kartı və nömrə satışından milyonlar qazanan 3 monopolist şirkətdən birinin, "ABC-Telekom” MMC-nin sahibidir, Sloveniyanın Azərbaycandakı fəxri konsuludur. Vaxtilə mətbuat onun sahibi olduğu "Kontakt Home” mağazalar şəbəkəsinə ləğv edilmiş MTN-nin generalı Elçin Əliyev "krışa”lıq etdiyini yazıb”.
Dövrü mətbuatın yazdığına görə, Elnur Allahverdiyev həm Elçin Əliyevə, həm də sabiq nazir Eldar Mahmudovun əmisi oğlu İlqar Mahmudova yaxın şəxslərdən olub və şirkətindən narazı olanları da uzun müddət bu şəxslərin əli ilə susdurub.
Həmçinin, ölkəmizdə mobil xidmətin digər ölkələrə nisbətdə kifayət qədər baha olmasında da bu şəxsin xüsusi rolunun olduğu vurğulanır.
Onlinepress.az saytı isə Elnur Allahverdiyevin başqa bir əlaqəsini üzə çıxardığını iddia edib: "Elnur Allahverdiyevin Prezident Aparatının keçmiş şöbə müdiri, adı FETÖ ilə yaxın əlaqədə hallanan Elnur Aslanovun adamı olduğu bildirilir”.
Adı çəkilən namizəd isə deyilənləri təkzib edib:” Qeyd olunan məsələ ilə bağlı bildirmək istəyirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və qarşı tərəfin mövqeyi olmadan dərc olunub. Adları çəkilən şəxslərlə heç bir əlaqəm olmayıb”.



