YAP-ın bütün namizədləri qeydə alındı
Yanvar 08
16:23
2020
Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı irəli sürdüyü bütün namizədlər qeydə alınıb.
Bu barədə Milli Məclisin deputatı Bahar Muradova məlumat verib:
"Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin hamısının qeydə alınması münasibətilə bütün siyasi həmkarlarımı təbrik edir, bu cətin, eyni zamanda şərəfli və taleyüklü siyasi kampaniyada hamımıza uğur arzulayıram. Qoy yenə də qələbə "ümumxalq” statusu qazanmış Yeni Azərbaycan Partiyasının olsun”.



