YAP-çı biznesmenin “ATEF Şirkətlər Qrupu” məhkəməyə verildi
Yanvar 20
16:50
2022
İş adamı Talıb Əlixanbəyova məxsus "ATEF Şirkətlər Qrupu" məhkəməyə verilib.
"Kriminalqafqaz”ın verdiyi məlumata görə, iş üzrə iddiaçı "Fortuna.F.M" şirkətidir.
Bakı Kommersiya Məhkəməsində hakim Səbinə Nuriyevanın sədrliyi ilə baxılan məhkəmə prosesi davam etməkdədir.
İddiaya görə, şirkət müqavilə üzrə qarşı tərəfə verdiyi malların ödənişlərini ala bilməyib.
"ATEF Şirkətlər Qrupu" transformator istehsalı ilə tanınır.
Şirkətin nizamnamə kapitalı 34 milyon manata yaxındır.
Qanuni təmsilçisi isə tanınmış iş adamı Talıb Əlixanbəyovun oğlu Emil Əlixanbəyovdur.
Şirkətin Müşahidə Şurasının sədri də elə T.Əlixanbəyov özüdür.
T.Əlixanbəyov həm də Yeni Azərbaycan Partiyasının Suraxanı təşkilatının İdarə Heyətinin üzvüdür.
Bu günə olan rəsmi məlumata görə, "ATEF Şirkətlər Qrupu"nun dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcu var.

Qlobal.az