YAP-a yeni sözçü təyin edilib
İyul 18
09:58
2022
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında yeni kadr təyinatı olub.
"Report" xəbər verir ki, Nurlan Qələndərli hakim partiyanın İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.
O, artıq vəzifəsinin icrasına başlayıb.
N.Qələndərli son təyinata qədər "Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru işləyib.



