Yanvarın 19-da "TikTok" ABŞ-da bloklanacaq
Dekabr 16
16:25
2024
Vaşinqtonda yerləşən Federal Apellyasiya Məhkəməsi Çinin "TikTok" sosial şəbəkəsinin sahibinin ABŞ-da qadağan edilməsi haqqında qanunun dayandırılmasına dair şikayətinin təmin etməyib. Əgər ana şirkət "Bytedance Ltd." yanvarın 19-dək sosial şəbəkəni satmayacaqsa, o ABŞ ərazisində bloklanacaq.
Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir.
Şirkət hazırda ABŞ Ali Məhkəməsinə iddia qaldırmaq üçün sənədlər toplayır və ABŞ-ın ən yüksək məhkəməsi qərar qəbul edənə qədər "TikTok"un bloklanmamasına qərar verəcəyi ümidi ilə apellyasiya məhkəməsinə müraciət edib. "Twitter"də verdiyi açıqlamada "ByteDance" xəbərdarlıq edib ki, ABŞ-da və xaricdə 170 milyondan çox istifadəçinin proqrama girişi 19 yanvar 2025-ci ildə bloklana bilər.
Apellyasiya Məhkəməsi bloklamanın ABŞ Konstitusiyasına söz azadlığı ilə bağlı Birinci düzəlişin tələblərinə cavab verdiyini müəyyən edib. Eyni zamanda, "TikTok" qadağanın həm şirkətə, həm də istifadəçilərə milli təhlükəsizliyə təhlükə yaratmadan əhəmiyyətli dərəcədə zərər verəcəyini iddia edir. ABŞ Ədliyyə Nazirliyi, dövlətin təhlükəsizliyini təmin etməyin vacibliyini vurğulayaraq məhkəməni möhlət verməməyə çağırıb.
Şirkət ümidlərini hazırkı prezidentlik dövründə sosial şəbəkənin bloklanmayacağına söz verən Donald Trampın administrasiyasına bağlayır. Bununla belə, əvvəlki prezidentlik dövründə Trampın özü "TikTok"un bloklanmasına çağırıb.
Xatırladaq ki, aprel ayında ABŞ prezidenti Co Bayden "TikTok" sosial media platformasına sahib olan Çinin "ByteDance" şirkətinin ABŞ biznesini doqquz ay ərzində satmasını tələb edən qanun layihəsini imzalayıb. Qanun "TikTok"un istifadəçi məlumatlarını Çin hökumətinə ötürə biləcəyi ilə bağlı narahatlıqlar fonunda qəbul edilib, Çin isə bu iddiaları həmişə rədd edib.