SON XƏBƏR

Yanukoviç Ukraynaya qayıdır

Mart 01
18:09 2016
Ukraynanın keçmiş prezidenti, ölkəsində axtarışa verilmiş Viktor Yanukoviçin vətəninə və tutduğu vəzifəyə qayıtması ilə bağlı xəbər yayılıb.
 
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Yanukoviçin vəkili Vitali Serdyuk deyib.
 
"Onun Ukraynaya qayıtmaq fikri var və bu istiqamətdə hüquqi addımlar atılacaq. Yanukoviç prezident vəzifəsindən istefa verməyib və öz xoşu ilə hakimiyyətdən getməyib. Onun hakimiyyətdən uzaqlaşdırılması prosedura Ukrayna konstitusiyasının kobud pozulması yolu ilə baş verib”, - Serdyuk deyib.
 
Vəkil onu da qeyd edib ki, hazırda Yanukoviç beynəlxalq axtarışda deyil və dünya ölkələri arasında sərbəst hərəkət edə bilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook