“YAD DİLİNDƏ İBTİDAİ TƏHSİL GENETİKANI MƏHV EDİR!" - Sabiq təhsil naziri
Avqust 16
11:03
2022
"Dağ başından gəlib övladını rus bölməsinə qoyan valideyin onu bədbəxt edir"
Uşaq ilkin ibtidai təhsilini hansı dildə almalıdır, ana dilində, yoxsa hansısa xarici dildə? Bu barədə çox danışlır, yazılır, bir sözlə, hələ də mübahisə pedmetidir.
Yenə rus dili, yoxsa ana dili? - mövzusu aktualdır və sosial şəbəkələrdə fikirlər haçalanır.
Bir kəsim fikrini onunla əsaslandırır ki, ana dilində ibtidai təhsil almayan uşaq azərbaycanlı olmayacaq. O, Mirzə Cəlili, Sabiri, Seyid Əzimi bilməyəcək. Onun üçün ədəbiyyat Puşkinlə başlayıb Blokla davam edəcək. Öz dilini bilməyən öz tarixini bilməz, öz tarixini bilməyən insan isə heç vaxt vətənpərvər yetişməz.
İkinci tərəf isə o fikirdədir ki, ana dilimizdə lazımi qədər ədəbiyyat, arxiv, mənbə yoxdur. Uşağın hərtərəfli yetişməsi üçün rus dilində təhsil alması lazımdır.
Yazıçı-publisist İlqar Əlfioğlu "Bizim.Media"-ya bildirib ki, uşağın hansı dildə təhsil alması onun savadlı olub - olmamasına dəlalət etmir: "Mən rus bölmələrinin bağlanmasının əlehinəyəm. Sadəcə olaraq, Azərbaycan bölmələrində təhsilin səviyyəsini qaldırmaq lazımdır ki, valideyinlər bu dildə təhsilə üstünlük versinlər. Demək istəmirəm ki, rus bölmələrində təhsil daha keyfiyyətlidir, elə deyil. Əksinə, son vaxtlar rus bölmələrində təhsil alıb təhsilsiz qalan gənclər tanıyıram. Məsələ ondadır ki, elə bir fikir formalaşıb ki, guya rus bölmələrində təhsil daha keyfiyyətlidir.
Bir məsələyə də diqqət çəkmək istəyirəm, övladlarını rus bölmələrinə qoyan valideyinlərin özünün rus dili səviyyəsini yoxlamaq lazımdır. Dağ başından gəlib övladını rus bölməsinə qoyan valideyin onu bədbəxt edir. Axı, özü o dili bilmir, uşağa heç bir yardım göstərə bilməyəcək. Uşaq bilmədiyini ondan öyrənməlidir axı”.
Keçmiş təhsil naziri Misir Mərdanovun fikrincə isə uşaq ilk təhsilini doğma ana dilində almalıdır, bunun niyəsi yoxdur: "Bunu yalnız mən demirəm, Uşunskidən tutmuş, bütün pedaqoqlar hesab edirlər və haqlıdırlar ki, uşaq ilk təhsilini ana dilində almalıdır. Ana dilində təhsil almayan uşaq təkcə dilindən deyil, folklorundan, mədəniyyətindən, milli kimliyindən uzaq düşür.
Qalan bütün dilləri sonradan da mənimsəmək mümkündür, ana dili isə sonradan mənimsənməz, insanın qanından, genindən gələr. Biz uşağı ibtidai təhsilə başqa dildə yönləndirəndə isə o genetikaya təsir göstərmiş oluruq, uşağı kökündən yayındırırıq”.