Xüsusi xidmət orqanları Qaşıqçının qətlinin təfərrüatlarını açıqlayıb
Oktyabr 03
07:54
2019
Türkiyə xüsusi xidmət orqanları jurnalist Camal Qaşıqçının öldürüldüyü Səudiyyə Ərəbistanı konsulluğuna dinləmə cihazı yerləşdiriblər. Həmin cihazlarda cinayət planının hazırlanması və icrası qeyd olunub.
"Report” xəbər verir ki, səs yazısına qulaq asmaq imkanı olan şəxslər "BBC”yə onun məzmunu barədə məlumat veriblər.
İngilis vəkil Helena Kennedinin sözlərinə görə, jurnalist Səudiyyə Ərəbistanının konsulluğuna gəlməmişdən əvvəl orada olan səudiyyəli məhkəmə-tibb ekspert Salah əl-Tubeyqi musiqiyə qulaq asaraq cəsədləri yarmağı sevdiyini söyləyib.
"Həyatımda ilk dəfədir ki, (cəsədi) düz yerdə kəsmək lazımdır. Bir qəssab olsan da, cəsədi yarmazdan qabaq onu çəkməlisən” – deyə, Kennedi məhkəmə-tibb ekspertin sözlərindən stat gətirib.
Vəkil səs yazısında Camal Qaşıqçının "qurbanlıq heyvan” adlandırıldığını da bildirib.