SON XƏBƏR

Xoyda zəlzələ qurbanlarının çadırları yandı

Fevral 06
12:49 2023
Fevralın 5-də Xoy şəhərinin Vəliəsr şəhərciyində zəlzələdən zərər görənlərin yerləşdirildiyi çadırlarda yanğın olub.

Qlobal.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru Həmid Məhbubi məlumat verib.

O, yanğının qaz balonunun aşması nəticəsində meydana gəldiyini və qısa müddətdə başqa çadırlara da keçdiyini bildirib.

Məhbubi yanğın nəticəsində insan itkisinin olmadığını, ancaq dörd nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyini deyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook