SON XƏBƏR

Xorvatiya klubu Azərbaycan yığmasının üzvünü aldı - 200 minə

İyul 21
11:30 2025
Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək.

"Səbail” yarımmüdafiəçini "Varajdin” klubuna satıb. 

I Liqaya düşən Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. 

Abdullazadə "Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə "Səbail”ə keçmişdi və anlaşması gələn yay başa çatacaqdı.

Xatırladaq ki, "Varajdin” Konfrans Liqasında mübarizə aparır. Xorvatlar iyulun 24-də II təsnifat mərhələsinin ilk oyununda Portuqaliya "Santa Klara”sını qəbul edəcək.//Qafqazinfo


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook