SON XƏBƏR

Xocasən bələdiyyəsi qəsəbənin inkişafı istiqamətində mühüm işlər görür

Aprel 10
16:27 2025
Xocasən qəsəbəsinin bələdiyyəsi qəsəbənin sürətlə inkişafını, müasirləşməsini qarşısına prioritet məqsəd qoyub.

Ərazi bütövlüyünü Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında tam bərpa etmiş ölkəmizin hər yerində olduğu kimi abadlıq-quruculuq işləri Binəqədi rayonunun Xocasən qəsəbəsində də davam etdirilir. 
 
Bu işdə yerli idarəetmə orqanı olan bələdiyyələrin də üzərinə müəyyən məsuliyyət yükü düşür. 

Xocasən bələdiyyəsinin əsas fəaliyyəti əsasən vətəndaş müraciətləri üzərində qurulub.
 
Sakinlərin hər bir təklif və qayğısı bələdiyyə rəhbərliyi tərəfindən diqqətlə dinlənilir. 
 
Qəsəbədə məhəllədaxili yollarda təmir işlərinin aparılması və yola asfalt salınması qarşıya qoyulan mühüm məqsədlərdən biridir.
 
Xocəsən bələdiyyəsinin digər fəaliyyət istiqamətlərdən biri isə qəsəbənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır. Bələdiyyə bu istiqamətdə mərhələli şəkildə planlar həyata keçirir. 
 
Qəsəbə sakinləri yeni bələdiyyə sədri Nigar Məmmədovaya böyük ümidlərinin olduğunu bildirir, Xocasən qəsəbəsinin tezliklə gözəl qəsəbələrdən birinə çevriləcəyinə ümid edirlər. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook