Xocalıya ithaf
Fevral 26
11:20
2016
25 fevral 2016-cı il tarixində, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş "Xocalıya ithaf” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova "Xocalı soyqırımı bəstəkarların yaradıcılığında” mövzusunda çıxış etmişdir.
Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin Nicat Feyziyev, Aysel Şabazlı, Təhminə Vəkilova, Güllü Babaşova, Nərmin Qasımlı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Beynəlxalq müsabiqə laureatları Canel Nəcəfli, Sona İsgəndərli, Ruslan Daşdamirov, Nərminə İsmayılova, Prezident təqaüdçüləri Çinarə Əzimova və Atabəy İsmayılov, Svetlana Əhmədova, Rəfiqə Quluzadə, Kara Aytac, Fəqan Həsənlinin ifalarında musiqi parçaları səslənmişdir. F.Əlizadənin "İntizar” operasından, V.Adıgözəlovun "Qarabağ şikəstəsi” oratoriyasından, fransız bastəkarı P.Tiluanın "Xocalı-613” musiqi əsərindən videoifalar nümayiş edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.
Qlobal.az



