SON XƏBƏR

Xocalı soyqırımı bəşər tarixində ən dəhşətli cinayətlərdəndir

Fevral 28
01:13 2016
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb. MTK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu təhsil müəssisəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri dəhşətli qırğınlardan danışıb.
 
Xocalı soyqırımının XX əsrin ən böyük faciəsi olduğunu söyləyən L. Hüseynova bildirib ki, bu qanlı hadisə xalqımıza və bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət aktıdır.
 
Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin reallaşdırdığı tədbirlərin əhəmiyyəti vurğulanıb.
 
Sonra şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləyiblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook