SON XƏBƏR

Xırdalanda zibil xirtdəyə çıxır - FOTO

Avqust 14
12:23 2023
Xırdalandakı Heydər Əliyev parkının yaxınlığında yerləşən Zərifə Əliyeva küçəsi bir həftədir zibilliyin içində itib-batır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat yayıb. O bildirib ki, küçənin zibil yığımına Abşeron rayon İcra Hakimiyyətinin nəzdindəki şirkət baxır:

"Kefləri nə vaxt istəyir, o vaxt gəlirlər. Abşeron RİH başçısının başı isə "başqa işlərə” qarışıb. Parkda gündən-günə attraksionların və ictimai iaşə obyektlərinin sayı artır. Park faktiki yaşlı insanların istirahət yerindən gənclərin qəlyan çəkmək üçün əyləncə mərkəzinə çevrilib. Abşeron İcra Hakimiyyəti zibil daşınmasını inhisara alıb, başqa şirkətləri yaxına buraxmır, özləri isə kefləri nə vaxt istəsə, o vaxt təmizlik işlərinə baxırlar”.

Ekspert vurğulayıb ki, zibilliyin bu hədə çatması xəstəlik mənbəyidir:

"Ümid edirəm ki, Abşeron İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev birbaşa öz səlahiyyəti ilə məşğul olmağa vaxt tapacaq və öhdəliklərini yerinə yetirəcək”. 

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin İlham adlı əməkdaşı bildirdi ki, sözügedən ərazininin onlara aidiyatı yoxdur: 

"Həmin küçə "Turana-H” MTK-ın ərazisidir. Belə ərazilərin zibillərini MTK sahibi özü daşıtdırır. İcra Hakimiyyətinə məxsus yerlərdə isə belə bir görüntü ola bilməz”. 

İcra Hakimniyyətinin adını çəkdiyi MTK barəsində açıq mənbələrdə heç bir məlumat tapmaq mümkün olmadı.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook