SON XƏBƏR

Xırdalanda 2 saylı orta məktəbdə şagirdlərdən 8 mart-a görə pul yığılır

Mart 03
09:34 2025
Xırdalan şəhər 2 nömrəli orta məktəbdə 8 mart üçün şagirdlərin valideynlərindən pul toplanılır. 
 
Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir. 
 
Məktəbdə yuxarı sinif şagirdlərindən 50, ibtidai sinif şagirdlərindən isə 30 manat yığıldığı iddia edilir. Şagirdlərdən yığılan pulların mühüm hissəsinin məktəbin direktoru Gülnaz Kərimovaya çatdığı yazılır. 
 
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe öyrənə bilmədik.
 
Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmirullayev keçirdiyi brifinqlərin birində məktəblərdə 8 mart bayramına görə şagirdlərdən pul yığılmasına münasibət bildirərək valideynlərin konkret olaraq şikayətçi olduqlarının vacibliyini vurğulamışdı. 
 
Cahandar Laçınlı
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook