SON XƏBƏR

Xınalıqda 2500 il yaşı olan qədim qəbirlər, bəzək əşyaları, silahlar aşkarlandı

İyul 13
12:19 2018
Quba rayonunun inzibati ərazisinə daxil olan Xınalıq kəndində e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropol aşkar edilib

Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat veriblər. 

Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin "Xınalıq” tarixi-memarlıq və etnoqrafik qoruğu ərazisində yerüstü, o cümlədən, memarlıq abidələri qeydə alınıb. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmayıb. Ötən il Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparılıb. İlkin aşkarlanmış 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, divarları daş plitə parçaları ilə üzlənib və üzərləri daş plitələrlə örtülüb. Aşkar edilmiş skeletlər əsasən sağ, həmçinin sol böyürü, həm də beli üzərində uzadılmış vəziyyətdədirlər. Onların kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji çeşidli analizlər üçün götürülüb. Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkar edilib. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar-nizə, ox ucluqları, tuncdan bəzək əşyaları-qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr pasta mənşəli muncuqlar var.(virtualaz.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook