SON XƏBƏR

XİN: "Laçın dəhlizindən hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir"

Oktyabr 25
10:48 2022
2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir.

Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.

"Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook