XİN-dən Xankəndi ilə bağlı açıqlama
İyul 24
17:44
2019
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Avstraliyanın Rayd şəhər Şurasında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə "dostluq əlaqələrinin yaradılması”na dair sənədin qəbul edilməsi ilə bağlı açıqlama verib.
Qlobal.az-ın məlumatına görə, XİN rəsmisi bildirib ki, Rayd Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir:
"Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər Şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan (Sarkis Yedelian) tərəfindən irəli sürülüb və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənib.
L.Abdullayeva xatırladıb ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir:



