SON XƏBƏR

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya: İran 7 ildir nə gözləyir?

Noyabr 22
15:57 2025
"İranın Xəzərin statusu ilə bağlı 2018-ci il Konvensiyasını ratifikasiya etməməsi bir sıra səbəblərlə, həm ölkədaxili problemlər, yəni qanunverici və icraedici orqanlar arasındakı uyğunsuzluqlar, həm də xarici siyasi məqsədlərlə bağlı ola bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Tehranın 7 il keçməsinə baxmayaraq, Xəzərin statusu ilə bağlı 2018-ci il Konvensiyasını hələ də ratifikasiya etməməsini şərh edərkən deyib. 

Digər tərəfdən, ekspertə görə, İranın Xəzəryanı dövlət olaraq hər hansı bir beynəlxalq sənədin ratifikasiyasından müəyyən siyasi məqsədlər üçün istifadə etməsi də mümkündür:

"Bu məqsədlər arasında Xəzər və onun cənub hissəsində daha çox təsir imkanlarına və paya sahib olmaq istəyi üstünlük təşkil edə bilər. Eyni zamanda, bu proses Azərbaycan tərəfindən nəzarətdə saxlanılır. Hər halda, belə bir proses Azərbaycan milli maraqlarına təhlükə yaratmamalıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Xəzər və digər regional dövlətlərlə münasibətlərin qarşılıqlı hüquqi tarazlıq və razılıq əsasında həll olunmasının tərəfdarıdır".

Həmsöhbətimiz qeyd edir ki, Xəzərin statusu ilə bağlı sənədin ratifikasiyası, İran üçün çətin dövrdə öz maraqlarını qorumaq və Xəzəryanı ölkələrlə, xüsusilə Azərbaycan ilə əlaqələr baxımından faydalı olardı.

Qeyd edək ki, İran hələ də Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanı qəbul etməyib. 2018-ci ildə qəbul olunan konvensiya 4 Xəzəryanı ölkə tərəfindən artıq çoxdan ratifikasiya edilib. İran parlamenti isə sənədin imzalanmasından 7 il keçsə də, onu ratifikasiya etməyə tələsmir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook