Xəzərdə faciə: 3 nəfər boğuldu
İyul 06
03:48
2021
Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.
"Report"un Aran bürosunun məlumatına görə, Neftçala rayonunda dənizdə batan 3 nəfərdən 2-in meyiti çıxarılıb. Bunlar Neftçala şəhər sakinləri 1977-ci il təvəllüdlü Bədəlov Məmməd Əvəz oğlu və onun oğlu, 2013-cü il təvəllüdlü Bədəlzadə Əbülfəz Məmməd oğludur.



