Xəzərdə 5 dövlətin iştirakı ilə təlimlər başlayır
Sentyabr 20
14:55
2016
20-22 sentyabr arasında Həştərxan vilayəti və Xəzər dənizi akvatoriyasında beynəlxalq "Kaspi – 2016” təlimləri keçiriləcək.
Avropa.info xəbər verir ki, təlim beş Xəzəryanı bölgənin – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın gəmiləri iştirak edəcək. Bu barədə Rusiya FHN-i məlumat verib.
Təlimlərin ilk günündə qarşılıqlı informasiya mübadiləsi, təbii və texnogen xarakterli fövqəladə vəziyyətlər ortaya çıxdıqda Rusiya və Xəzəryanı dövlətləri təhlükə qarşısında imkan və güclərini birləşdirən qrupların yaradılması məsələləri sınaqdan keçiriləcək.
21 sentyabrda isə "LUKOYL” neft şirkətinin korporativ təlim mərkəzində fövqəladə halların qarşısının alınması, dənizdə qəzaya uğramış insanların xilas edilməsi təlimləri keçiriləcək. Bundan əlavə təlimlərdə gəmilərdə yanğın hadisəsinin, neftin dənizə axmasının qarşısının alınması yolları nümayiş etdiriləcək.