Xəzər Universitetində narkomaniya əleyhinə tədbir keçirilib
Oktyabr 01
00:16
2016
Xəzər Universitetində "Narkomaniyanın insanlığa vurduğu bəlalardan xilasolma yollarının axtarılması ilə bağlı tədbirlərin təşkili və video çarxların hazırlanması” adlı layihə həyata keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi qlobal problemlərdən biri olan narkomaniya ilə mübarizədə ictimai fəallığı artırmaq üçün cəmiyyəti maarifləndirməkdir.
Layihədə universitetin humanitar və sosial elmlər, mühəndislik və tətbiqi elmlər fakültələrinin tələbələri iştirak ediblər.
Qlobal.az



