Xəzər tarixi: xülya, yoxsa reallıq?- Telman Vəlixanlı Elxan Zal Qaraxanın “Xəzər genişliyi” kitabı haqqında yazır
Fevral 14
22:42
2023
Elxan Zal Qaraxanın "Xəzər genişliyi" kitabı (rus dilində çap olunmuş bu nəşr "Xazarskiy prostor" adlanır - Bakı, Mütərcim, 2023, 296 s.) bizdə təkcə oxucu yox, həm də tədqiqatçı marağı doğurduğu üçün tərəfimizdən onun təqdimatına ehtiyac duyduq. Rəyi hazırlamaqda məqsədimiz haqqında çox yazılan, lakin bizdə hələ də az tədqiq olunan və oxunan, bunlara rəğmən, həm də birbaşa tariximizə aid olan kitaba oxucu diqqətini yönəltməkdir. Xəzərşünas olmasaq da, mövzu ilə əlaqəli, üst-üstə düşən sahələr üzrə elmi ədəbiyyatlarla tanışlığımız böyük zəhmət hesabına ərsəyə gətirilmiş bu əsərin elmi ictimaiyyətimiz və oxucularımız üçün faydasını vurğulamağa imkan verir.
Bu gün bu kitabı aktuallaşdıran bir-iki məsələni qabartmaq istərdik. Bu, ilk növbədə, postsovet dönəmində avrasiyaçılıq elmi-nəzəri istiqamətinin yenidən gündəmə gəlməsi, ruslar tərəfindən neoavrasiyaçılıq, yeni türk dövlətləri yaranandan sonra isə Turan avrasiyaçılığının bazasında Türkiyə tərəfindən "Dialoq Avrasiya" platformasının irəli sürülməsi və artıq hər iki istiqamətin müəyyən məzmun və struktur formasında təşəkkül tapmasıdır. Burada Rusiyanın təşəbbüsü ilə ərsəyə gəlmiş Avrasiya İqtisadi İttifaqı və Türkiyənin ətrafında yaranmış Türk Dövlətləri Birliyindən söhbət gedir.
İkinci bir məqam. Bu gün biz təəccüblənirik ki, nə üçün Avropa və Rusiya alimləri (Toynbi, Şpenqler, Danilevski, Çaadayev və s.) sivilizasiyaların tarixini, xalqların tarixi-mədəni tiplərinin təsnifatını verərkən ya türklərin adını çəkmir, ya da onları "sivilizasiyaların dağıdıcısı" kimi təlqin edirlər. Biz öz yazılarımızda dəfələrlə qeyd etmişik və bunu yenə də vurğulamağa məcburuq: Böyük Çin Səddindən Balkanlaradək əraziləri Böyük İpək Yoluna, kommunikasiya məkanına çevirmiş, bu ərazilərin bir hökmdarın bayrağı altında idarə olunması ideyasını ortaya atıb, reallaşdırmağa cəhd etmiş və zaman-zaman buna nail olmuş tüklərin yaratdığı dövlətlərin bəzilərinin, eləcə də müasir Türkiyənin avrasiyaçıların tərtib etdikləri xəritələrdə çox vaxt təqdim olunmaması faktı təəccüb doğurur. Kitabda Xəzər xaqanlığının mövcud olduğu tarixi-mədəni arealda sivilizasiyaların yaranmasında iştirak etmiş etnosların, eləcə də etruskların missiyası, sonradan isə skiflərin Midiya ilə əlaqələri, müstəqil Midiya Atropatenasının (Azərbaycanın) formalaşması prosesi tarixi-xronoloji ardıcıllıqla təsvir olunur. "Xəzər" etnoniminin daxil olduğu "Hazar vaejah" (Xəzər məkanı), "Hazarpat" (xəzərlərin başçısı) kimi tarixi terminlər şərh edilir. Akademik tarixi-elmi dairələrdə təsdiqlənmiş versiyaların əksinə olaraq, gətirilən sitatlar və istinalar türk etnoslarının eramızın çox-çox əvvəllərindən başlayaraq əsrlər boyu burada formalaşmış sivilizasiyaların əsas və aparıcı qüvvəsi olduğu fikrini bir daha diskursa cəlb edir. E.Z.Qaraxan "Azərbaycanlıların etnogenezi" kitabının (Bakı, Elm, 1991, rus dilində) müəllifi Q.Qeybullayevin "azərbaycanlıların etnik tarixini yenidən yazmaq lazımdır" tezisini bir daha gündəmə gətirir. Tanrıçılıq, islam və xristianlığın yayıldığı Xəzər xaqanlığında yəhudi dinin qəbulu, "Xəzərlər və karaimlər", "Xəzərlər və səlcuqlar", "Xəzərlər və macarlar" başlıqları altında toplanmış materiallar vaxtı ikən bu regionda formalaşmış dini təsəvvürlərin, mədəniyyətlərin, etnik və siyasi rəngarəngliyin bu gün müasir dünyanın müxtəlif guşələrinə daşındığı barədə tezis də diqqətdən yayınmır.
Digər bir reallıq isə son 10 ilə yaxın bir müddətdə regionda Azərbaycanın multikultural və tolerant bir ölkə kimi dünyaya təqdim olunmasıdır ki, bunun da etnik-sosial və tarixi-mədəni kökləri və bazası var. Bu günümüzədək ölkəmizdə qorunub saxlanılmış dini, etnik-milli və mədəni rəngarəngliyin mövcudluğunun səbəbləri humanitar təfəkkürümüzü məşğul edən məsələlərdəndir. Folklorumuzda, "Kitabi-Dədə Qorqud" dastanında, Nizami "Xəmsə"sində, sonrakı dövrlərə aid çoxlu ədəbi mətnlərimizdə başqa mədəniyyətlərə və dinlərə dözümlülük, Azərbaycan insanının düşüncə və davranışında ümumbəşəri dəyərlərə qarşı formalaşmış münasibət maraq doğurur. Bu marağın xalqımız üçün taleyüklü məsələlərin beynəlxalq səviyyədə dərkində və həllində xeyrimizə işləməsi üçün atılan addımlardan biri də "Xəzər genişliyi" kitabının nəşridir. Kitabın bizə dost və tərəfdaş olan İsraildə ölkəmizin səfirliyinin açılması ilə eyni zamanda ərsəyə gəlməsini də təsadüf hesab etmirik.
Son beş ildə beş Xəzəryanı ölkənin səyləri ilə baş tutan Xəzər İqtisadi Forumları təkcə iqtisadi və ekoloji problemləri deyil, həm də mədəniyyət, media-kommunikasiya, təhsil, ədəbiyyat və sair məsələləri əhatə etməyi planlaşdırıb. Xüsusilə də Bakı və Həştərxan arasında sıx təmasların mövcudluğu, elə bu tandemdə keçirilən bir sıra tədris, elmi, elmi-metodiki tədbirlərin (məsələn, ənənəvi "Xəzər" Media Forumları, "Xəzəryanı ölkələrin yazıçılarının yaradıcılığında klassik ədəbiyyatın ənənələri" adlı ənənəvi Dəyirmi masa, Xəzəryanı ölkələr üzrə regionşünas mütəxəssislərinin hazırlığı və s.) sonradan daha geniş müstəviyə keçməsi, təbii ki, regionun tarix və arxeologiyasının birgə öyrənilməsinə ümid yaradır.
Oxucu və tədqiqatçı kimi ilk öncə bizə maraqlı gələn o olub ki, Xəzər xaqanlığı həm adı, həm mövcudluğu, eləcə də coğrafi-tarixi və tarixi-mədəni varlığı ilə bizim Xəzərə, tarixi torpaqlarımızın böyük bir hissəsinin aid olduğu və əsrlər boyu türk dövlətlərinin yaranıb-süquta uğradığı bir məkana həsr olunsa da, nə üçün dünyaca məşhur "Xəzər sözlüyü" kimi bir kitabı serb yazar Milorad Paviç qələmə alıb. Niyə bizdə Xəzərətrafı regionların, həmçinin Xəzər Xaqanlığının müasir Azərbaycana aid olmuş ərazilərinin tarix və arxeologiyası xüsusi olaraq öyrənilməmiş, müvafiq elmi institut və mərkəzlərimizdə xəzərlərin tədqiqinə dair ayrıca şöbələr, tədqiqat-arxeologiya ekspedisiyaları təşkil edilməmişdir? Nə üçün dünya xalqlarının iki böyük köçünün səbəbkarı olmuş türklərin hərəkət marşrutuna daxil olan Xəzərətrafı ərazilərdə, eləcə də indiki Azərbaycanın tarixi torpaqlarında yaşayan etnos və xalqların türk mənşəli olması həmişə sual doğurub? Dünyanın böyük imperiyaları dağıldıqca bir yerdən digərlərinə köç etmək məcburiyyətində qalmış qonşularımızla müqayisədə eyni tarixi-mədəni arealda öz passionarlığı sayəsində zaman-zaman yaranmış qüdrətli dövlətlərin - Şirvanşahlar, Sacilər, Eldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Nadir şahın qurduğu Əfşar İmperiyasının, son imperiya dağıldıqdan sonra xanlıqların, Azərbaycan Demokratik Cümhuriyyətinin və Sovetlərin çökməsi ərəfəsində böyük mücadilə sayəsində yenidən müstəqillik əldə etmiş müasir Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi və ənənələrini hansı səbəbdən qırılmaz bir xətt üzrə izləyə bilməmişik? Şərqdə ilk Demokratik cümhuriyyətin yaradılması kimi təşəbbüslərə çoxəsrlik tarixi və dövlətçilik təcrübəsi olmayan bir xalq imza ata bilərdimi?
Bu cür sualların sayını artırmaq da olardı. Əslində müzakirə edilən nəşrdə sadaladığımız və sadalamadığımız sualların bəzilərinə cavab tapmaq mümkündür. Bəli, rus, fars və Avropa alimləri bilərəkdən Xəzəryanı ərazilərdə yaşayan yerli etnos və xalqların İran mənşəli olması və sonradan buraya gəlmiş türk mənşəli xalqlarla qaynayıb qarışması fikrini ortaya atmış və onilliklər boyu elə bu düyünün açılması ilə bizim öz tarixçilərimizin də başını qata bilmişlər. Xəzər xaqanlığın yaranmasınadək bu torpaqların sahibi - Qərbi Türk xaqanlığının, böyük bir arealda formalaşıb üç əsr mövcud olmuş Xəzər xaqanlığının, onun süqutundan sonra isə bu ərazilərə monqol-tatarlar gələnə və Qızıl Orda yarananadək, Volqa Bulqariyası və Səlcuq imperiyasının məhz türklərə məxsus olmasını sübut edən mənbələrdən seçilib gətirilən sitatlar, tarixi faktlar göstərir ki, əhalinin əsas etnik tərkibini türk qövmləri təşkil etmişdir. Hətta VIII əsrdə (mənbələr 740-cı ili göstərir) xaqanlıqda yəhudi dinin rəsmi din elan olunmasının belə burada etiqad azadlığına və tolerantlığına təsir göstərmədiyi xüsusi qeyd olunur.
Yaxşı məlumdur ki, tarixdə onlarla türk dövlətləri yaranıb, süqut edib və onların ərazisində başqa türk dövlətləri formalaşıb. Lakin bu dövlətlərin heç biri Xəzər xaqanlığı qədər maraq kəsb etməyib və mübahisə obyektinə çevrilməyib. Hansı səbəbdən? 1) İtil və Səməndər kimi iri Xəzər şəhərlərinin deltada möcüzəli şəkildə yoxa çıxması; 2) rus salnamə və povestlərinin məlumatlarına əsasən, rus-şərqi slavyanların Xəzərə yürüşləri, bir sıra slavyan tayfalarını xəzərlərin asılılığından çıxardıqdan sonra 965-ci ildə rus knyazı Svyatoslavın xaqanlığı Kiyev Rusundan asılı vəziyyətə salması, nəticədə onu süquta yetirməsi; 3) VIII əsrdə burada yəhudi dininin rəsmi dövlət dili elan olunması; 4) xaqanlığın xalqların böyük köçü marşrutunun və passionarlıq meydanının düz göbəyində, o vaxtkı dünya siyasi və dini-mədəni mərkəzləri - qərbdə Bizans imperiyası, cənubda Ərəb xilafəti ilə rəqabət və mübarizəyə üç əsrdən çox bir müddətdə duruş gətirə bilməsi; 5) Şərqdə - Xəzər, Qara və Azov dənizlərinin ətraflarındakı, Don, Dnepr, Volqa çaylarının qıraqlarındakı münbit torpaqları, bütün cəhətlərdən strateji mövqeyə malik Qafqaz və Krımı öz sərhədlərinə qatmış təxminən Bizans modelində dünyəvi bir dövlətin mövcudluğu (xatırladaq ki, sonradan bu regionda yaranacaq dövlətlərin heç biri ona bənzəməyəcək. Məncə, Lev Qumilyovun Xəzər Xaqanlığına münasibətdə işlətdiyi "ximera" - "xülya" ifadəsi də bu siyasi, etnik-mədəni və dini özəlliklə bağlıdır).
Bir daha vurğulayırıq ki, "Xəzər genişliyi" kitabını fərqləndirən üstün cəhət burada istinad olunan antik, qədim, orta əsrlər və yeni dövrlərə aid mənbələrin bolluğu və qoyulan problemin ayrı-ayrı aspektlərinə uyğun onların şərhidir. Əsasən şair kimi tanıdığımız müəllifin təqdim etdiyi nəşrin üslub və janrını müəyyən etmək bir az çətindir. Qoyulan problemin istənilən aspekti üzrə istinadların çoxluğu, onların dəqiqliyinin gözlənilməsi və istifadə qaydasına əməl olunması ilə yanaşı, Elxan Zal Qaraxan, bir tərəfdən, geniş mütaliə və maraq dairəsinə uyğun Xəzər xaqanlığı tarixi üzrə öz biblioqrafik göstəricisini təqdim edir. Digər tərəfdənsə, onun da öz Xəzər "xülya"sının, Azərbaycan auditoriyası ilə publisist-informator dilində bölüşmək bacarığının şahidi oluruq. Burada mənbələrin adının orijinalın dilində göstərilməsi kütləvi oxucuya ünvanlanmış kitabın oxunuşunu çətinləşdirsə də, müəllifin qarşıya qoyduğu məqsədə nail olduğunu sübut etmək üçün mühüm amildir. Axı, indi hamı hər şeydən yazır, tarixi faktları məqsədli şəkildə interpretasiya edir. Bu isə hazırlı oxucu tərəfindən birmənalı qarşılanmır. Mənbələrin bolluğu və onlara müraciətlərin çoxluğu fonunda Azərbaycan tədqiqatlarının azlığı diqqətdən yayınmır. Düzdür, bəzi məsələlərin araşdırılmasında Z.Bünyadovun, F.Məmmədovanın, N.Vəlixanlının, Q.Qeybullayevin, Y.Cəfərovun, S.Qasımovanın əsərlərinə də müraciət olunur. Əslində müəllifin onları Xəzər tədqiqatlarına yaxınlaşdırma cəhdi nəzərdən qaçmır. Halbuki E.Z.Qaraxanın "Xəzər genişliyi"ndə axtardığı məkanın, tarixi hadisələrin, mədəni-tarixi arealın, etnogenez məsələlərinin, dini və mədəni zənginliyin və sair ünvanı Azərbaycandır. Biz bunu kitabdakı ilk başlıq ("Sirli xəzərlər") altında verilən materialdan hiss edirik. Xəzərlərin Zaqafqaziya, Albaniya ərazilərinə yürüşləri, bu ərazilərdə məskunlaşması faktları ilə bağlı mənbələrdən sitatlar gətirən və onları sadalayan E.Z.Qaraxan (M.Artamonov, A.Krımski, Z.Bünyadov, D.Danlop, Z.Toqan və b.) nüfuzlu mənbə kimi məhz mərhum Ziya Bünyadovun versiyası üzərində dayanır. Bizə maraqlı və rasional görünən müəllifin o fikridir ki, sadalanan bu tədqiqatçıların hər birinin xəyal etdiyi öz "Xəzəristan"ı var və orta məxrəcə gəlməklə həqiqəti tapmaq olar. İnsaf naminə deyək ki, azərbaycanlı müəllifin tədqiqat amalı heç də "yorğanı öz üzərinə çəkmək" niyyəti deyil. O, hətta əsasən Azərbaycana aid olan "Midiyaya yürüş", "Midiya Atropatenası - Xəzərvayja", "Xəzərlər və Midiya dili", "Savirlər, savromatlar, sarmatlar", "Türklərin dini və xəzərlər" və s.) bölmələrdə oxucunu məlumatlandırmaqla bərabər, ona öz fikrini "sırımır", xüsusən də mövzuya az-çox bələd adamlarda maraqlı fikir assosiyasiyaları doğurur, onu bu istiqamətdə yeni elmi mənbələrlə tanışlığa sövq edir.
E.Z.Qaraxan bizim üçün qaranlıq görünən Xəzər tarixinə bugünkü reallıqlar müstəvisindən baxır və öz traktovkasını verir. Tarixin təkərini geri döndərmək olmasa da, insan tarixə dönməyi və onun barəsində təsəvvür yaratmağı, onu canlandırmağı, yaddaşı bərpa etməyi bacarır. Bu yol ən qədim tarix kitablarından, xronika və salnamələrdən, arxeoloji ekspedisiyaların materiallarından, folklor və ədəbiyyatdan keçir. Təəssüf ki, deyilən mənbələr siyasi, ideoloji və dini mərkəzlər tərəfindən istiqamətləndirildiyindən bəzən ancaq onların sətiraltı oxunuşu və cüzi məlumatları köməyimizə gəlir. Elə Xəzər xaqanlığı ilə bağlı ölkəmizdə vaxtı ikən lazımi tədqiqatların aparılmamasının da kökü buradadır. Bu gün biz kitabda qaldırılan məsələlərlə bağlı əsasən əcnəbi alimlərin axtarış və tapıntılarına söykənməyə məcburuq. Elə təsəvvür yaranıb ki, Xəzər xaqanlığı tarixinin ümumtürk və Böyük Çöl tarixi kontekstinə dəxli yoxdur. Xəzər tarixinin irandilli xalqların tarixi ilə əlaqələndirilməsinə və ya Rusiya tarixinin tərkib hissəsi kimi, oğuz-türk tarixindən kənar məkan və zaman kimi təqdim olunmasına cəhd edilib.
Xəzər xaqanlığı barədə müxtəlif səpkili saysız-hesabsız materialların, ayrı-ayrı dillərdə çap olunmuş tədqiqatların sistemləşdirilməsinə və məhz rus dilində təqdim olunmasına müsbət yanaşıram. Bununla belə, daxili oxucu auditoriyasını bizə az maraqlı görünən, lakin tarixi keçmişimizin, milli dövlətçilik tariximizin və perspektivdə siyasi-diplomatik münasibətlərimizin yeni müstəvilərdə nəzərdən keçiriliməsi baxımından bu iddialı nəşr ətrafında məhz ana dilində bölüşməyə üstünlük verdik.

Fikrimizcə, "Xəzər genişliyi" kitabının (biz burada "prostor" sözünü "genişlik" kimi tərcümə etmişik ki, bu da təkcə Xəzər xaqanlığının yerləşdiyi ərazilərə, ehtiva etdiyi dil, din, etnik-mədəni zənginliyə yox, həm də mövzu üzrə cəlb olunan tədqiqatların, Vətən tarixi elmimiz qarşında açılan perspektivlərin genişliyinə bir işarədir) Azərbaycan və ingilis dillərində nəşrinə ehtiyac duyulduğu kimi, rus mətninin də təkmilləşdirilmə və redaktə olunmaqla təkrar çapına tələbat var. Bunun üçün isə əvvəlcə nəşrə müvafiq institutlar və elmi mərkəzlər tərəfindən rəy verilməsi məqsədəuyğun olardı.
Mənbə: Ədəbiyyat qəzeti
Qlobal.az