Xətaidəki məktəb direktoru haqda müəmmalı məlumatlar: Aylıq 10 min manat…
Fevral 16
21:32
2022
Sosial şəbəkələrdə 25 saylı tam orta məktəbin direktoru Fəridə Siyavuş qızı Şərifovanın vəzifəsindən sui-istifadə edərək qanunsuz əməllər törətməsi haqqında iddialar yayılıb.
Teleqraf.com xəbər verir ki, iddialara əsasən, direktor məktəbdən gəlir mənbəyi kimi istifadə edir. Direktorun məktəbdə qanunsuz əməllərilə ayda 10 000 manat gəlir əldə etdiyi bildirilir.
Direktor Fəridə Şərifova haqqında yayılan 5 iddianı olduğu kimi qeyd edirik:
1.Məktəbin psixoloqu Rzayeva İradə Balağa qızı 2020-ci ilin martından Bakı-Moskva, Moskva-Tümen reysi ilə Tümen vilayətinə doğmalarının yanına gedib, hələ də orda olmasına baxmayaraq, onun əmək haqqı kartına hər ay köçürülən məbləği direktor alır.
2. Məktəbin İKT üzrə lobarantı Novruzova Əfsanə Məlikheydər qızı, 2021-ci ilin sentyabrın əvvəllərində ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə köçməsinə baxmayaraq, onun əmək haqqı kartına köçürülən vəsaiti hər ay direktor alır, çünki kart direktorun özündədir.
3. Məktəbin hazırda müailəcə alan Azərbaycan dili və ədəbiyyatı müəllimi Kifayət Şahbala qızı Dadaşovanın həftəlik 14 saat dərsini məktəbin digər Azərbaycan dili və ədəbiyyatı müəllimi Zülfiyyə İsmayılova tədris etsə də, əmək haqqı yenə də direktor Fəridə Şərifovaya çatır.
4.Hazırda məktəbin ştat siyahısında olan 4 texniki işçininin və 3 müəllimin (adları dəqiqləşdirilir) nə adını, nə də üzünü direktor Fəridə müəllimdən başqa kimsə görməyib.
5. Məktəbin X-XI siniflərində olan şagirdlərin yarısı nə müəllimlərini, nə də müəllimləri onları tanıyır. X siniflər dərsə gəlməmək üçün illik üçün 2000 manat, XI siniflər isə 2500 manat ödəniş edirlər.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) mövqeyini öyrənməyə çalışdıq.
Qurumdan bildirildi ki, yayılan faktlar əsassızdır: "İllərlə şantaj vasitəsi kimi istifadə olunan internetdəki yazıları bir yerə toplayıb, anonim məlumat kimi paylaşırlar. Bu məsələ illər əvvəl xüsusi məqsədlə yazılıb”.
Fikrimizcə, BŞTİ-nin belə "yığcam və təfərrüatdan uzaq” cavabı faktların izahı üçün yetərli deyil.
Qlobal.Az