Xətai rayonunda daha bir sənədsiz obyekt tikilir - İcra hakimiyyəti susur

Mart 01
02:55
2025
İcra başçsısı Rafiq Quliyev növbəti dəfə də qanunsuz tikili məsələsi ilə gündəmə gəlib.
Qlobal.az xəbər verir ki, xalq.az-a göndərilən məlumatda qeyd olunur ki, Xətai rayonu, Q.Məmmədov küçəsində 1000 kv/ m yaxın qanunsuz obyekt tikilir, avtomobil və piyada yolu zəbt edilib. Həmin ərazidə yaşıllığın olmasını sakinlər təsdiqlədi, traktorla gecə ilə ağaclar çıxarıldı deyə bildiriblər.

Yeni tikilən obyektin arxa hissəsində tikinti işləri yeni başlayıb, qazıntı aparılır və fotolarda göründüyü kimi tikinti materialları yenicə gətirilib. İddilara görə ərazidə tikinti işləri qanunsuz aparılır, obyekt sahibi vəzifəli şəxs olduğu bildirilir.

Məsələ ilə Xətai Rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə susur.

Bəs görəsən bu sənədsiz yeni tikilən obyektin sahibi kimdir ki, qurumlar susurlar.
Qurumların munasibətini dərc etməyə hazırıq.



