“Xəstəxananın direktoru məndən 4 min manat pul alıb” – ŞİKAYƏT
Sentyabr 30
00:05
2022
"Bu ilin iyul ayında bacım Şəfiyeva Könül Vidadi qızının Göyçay Rayon Mərkəzi Xəstəxanasında işlə təmin edilməsi üçün, sözügedən tibb müəssisəsinin direktoru Yaşar Əhmədovun qəbuluna getdim. Ondan bacımın xəstəxanada işlə təmin olunmasını xahiş etdim. O, isə mənə bildirdi ki, "Hazırda xəstəxanada mövcud vakansiya yoxdur”. Onunla biraz həmsöhbət olduqdan sonra "Bəs mən bacımın işləməsi üçün necə edə bilərəm?” dedim. Dərhal mənə "İki gündən sonra gələrsən, bu haqda daha ətraflı danışarıq” dedi. Mən də öz növbəmdə dediyi vaxtda yenidən onun qəbuluna getdim. İlk öncə mənə 6 000 manat lazım olduğunu söyləsə də, sonda 4 000 manatla razılığa gəldik və bankdan kredit götürərək istədiyi həmin məbləği ona təqdim etdim”.
Bunları Göyçay rayonu Qaraməryəm kənd sakini Babayev Arzu Vidadi oğlu "AzPolitika.info”-ya göndərdiyi şikayət məktubunda bildirib.
Şikayətçi Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədovun ondan 4 000 manat aldığını, lakin bacısının işlə təmin edilmədiyini bildirir:"Y. Əhmədov 10 gün müddətində bacımı işlə təmin edəcəyini bildirsə də, o, sözünü tutmadı. Hər dəfə müxtəlif bəhanələrlə prosesi yubatmağa çalışdı. Bu, minvalla iş uzanmağa başladı. Sonuncu dəfə setyabrın 15-də yenidən Y. Əhmədovun qəbuluna getdim və o, mənə bildirdi ki, "Ştatı yoxlamalar aparıb, səbirli ol, hər şey düzələcək””.
Şikayətçi sözügedən vəsaitin həmin xəstəxananın həkimi Arzu Burcaliyevin vasitəçiliyi ilə Y. Əhmədova verdiyini iddia edir: "Hazırda A.Burcaliyev və Y. Əhmədov mənimlə aralarında heç bir pul haqq-hesabının olmadığını bildirirlər. Bir sözlə, bu işdən boyun qaçırmağa çalışırlar.Həmin otaqda olmasa da, girişdə müşahidə kameraları hər şeyi lentə alıb. 5 gündən bir Y. Əhmədovun qəbulunda olmuşam və hər dəfə o, eyni sözləri təkrarlayıb ki, "Sənin işin həll olacaq, səbrli ol””.
Şikayətçi ödədiyi vəsaiti Y. Əhmədovudan geri tələb etdiyini, lakin qarşılığında hüquq-mühafizə orqanlarıyla hədələndiyini bildirir: "Mənə bəlli oldu ki, Y. Əhmədov yalan danışır. Məhz ona görə də, verdiyim 4000 manat pulu özümə geri qaytarmasını tələb etdim. O, isə bildirdi ki, "Pul Baş İdarəyə çatıb. Artıq geri ödəmə mümkün deyil. Biz ancaq bacını işlə təmin edə bilərik. Bakıdan əmr gəlib, səbrli ol”. Onun sözləri ilə razılaşmadığımı bildirdiyim zaman isə məni hüquq-mühafizə orqanlarını birinin əməkdaşı ilə (adını yazır-red.) hədələməyə başladı”.
"Bacım 2013, 2019-cu illər ərzində yaşadığımız Göyçay rayonu Qaraməryəm Kənd Sahə Xəstəxanasında sosial məzuniyyətdə olan bir qadının əvəzinə qeydiyyatçı vəzifəsində işləmişdir. Bir övladı var, hazırda özü və həyat yoldaşı heç yerdə işləmir. Maddi durumları olduqca acınacaqlıdır. Bu barədə Prokurorluğa da yazılı müraciət etmişəm. Hələ ki, heç bir cavab gəlməyib. Ancaq ümid edirəm ki, bu iş şəffaf şəkildə araşıdırılacaq və lazımi şəxslər öz cəzalarını alacaqlar”,-deyə şikayətçi bildirir.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı, Göyçay Rayon Mərkəzi Xəstəxanasından münasibət öyrənmək mümkün olmayıb.
Xəstəxananın direktoru Yaşar Əhmədovla əlaqə yaratsaq da, o, bu barədə heç bir fikir bildirməyib və bizmlə daha sonra əlaqə saxlanılaraq, lazımi məlumatların veriləcəyini deyib.
Ardınca xəstəxananın İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı məsələyə münasibət bildirib və bütün deyilənləri şər-böhtan adlandırıb.
Daha sonra ətraflı məlumat üçün yazılı sorğu göndərməyimiz tələb olunsa da, səsləndiirlən iddialarla bağlı məlumat almaq mümkün olmayıb.

Bununla belə, Göyçay Rayon Mərkəzi Xəstəxanasın və Yaşar Əhmədovun fikirlərini işıqlandırmağa hazırıq.
Qlobal.az