SON XƏBƏR

Xerson vilayətində 4 yeni hərbi administrasiya yaradıldı

Noyabr 09
21:59 2022
Ukrayna Rusiya ordusunun Xersonu döyüşsüz tərk etməsinə dair əlamətləri görmür.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Mixail Podolyak bildirib.

Podolyak qeyd edib ki, Rusiya ordusunun böyük hissəsi Dneprin sol sahilində qalıb və əraziyə əlavə qüvvələr cəlb edilir. Ukrayna dövləti bəyanatlara deyil, öz kəşfiyyatına inanır.

Bu arada, Ukrayna Prezidenti Voldimnir Zelenski Xerson vilayətinin yaşayış məntəqələrində 4 hərbi administrasiya yaratmaq barədə fərman imzalayıb. Baş qərargaha sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook