SON XƏBƏR

Xərçəng xəstəsi aparıcıdan duyğusal paylaşım - Foto

Oktyabr 02
23:08 2016
Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımova sosial şəbəkədə maraqlı paylaşım edib.
 
Biq.az xəbər verir ki, aparıcı bununla xərçəng xəstəsi olan xanımlara dəstək olub. 
 
"Bu şəkil xərçəng xəstəliyindən əziyyət çəkən bütün xanımlaradır. Gündə yüzlərlə qadın mənə suallarnan müraciət edir ki, saçlar qayıdır? Hər şey əvvəlki kimi olur? Bəli əzizlərim, saç da qayıdır, hər şey əvvəlkindən də gözəl olur.
 
Qorxmayın, vaxtında həkimə gedəndə, erkən aşkar olunanda sağalırsan və sevdiklərinin yanında olursan. Mübariz olun, həyatı və özünüzü sevin, özünüzə inanın. Sizin hər birinizi anlayın. Kimya-terapiyanı edəndən sonra qaytarırsan, əsəbiləşirsən, qışqırırsan, ağlayırsan. Radio-terapiya edəndən sonra dərinin yanmasından əziyyət çəkirsən, özünə baxa bilmirsən. Hər səhər tüksüz başına baxıb ağlayırsan. Amma gözəl və güclü qadınsansa, sonda sağalırsan. Həyat gözəldir, yaşamağa dəyər. Hər şey keçir. Özünüzü sevin, bu da bir sınaqdır. Ən ağır gününüzdə də qırmızı pomada vurmağı unutmayın. Yaşadıqlarıma baxmayaraq, mən çox xoşbəxtəm", - aparıcı bildirib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook