SON XƏBƏR

Xəlifə Haftar Türkiyə ilə bacarmadı, Misir ordusunu Liviyaya dəvət etdi

İyul 14
09:01 2020
Marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Milli Ordunun (LNA) dəstəklədiyi Liviya parlamenti silahlı qüvvələrinin Liviya münaqişəsinə müdaxilə etməsinə imkan verən bir bəyanatla Misir qoşunlarına müraciət edib.

Qaynarinfo xəbər verir ki, bəyanat bu gün - 14 iyul tarixində yayımlanıb.

Bəyanatın mətnində deyilir ki, Misir ordusu Liviya və Misirin milli təhlükəsizliyini qorumaq üçün ölkənin vətəndaş qarşıdurmasına müdaxilə etmək hüququna malikdir: "Əgər onlar ölkələrimizin təhlükəsizliyinə gözlənilməz bir təhlükə görsələr", - deyə bəyanatda vurğulanır.

Ölkənin şərqində yerləşən parlamentdən verilən açıqlamada "İşğalçıya qalib gəlmək və ortaq təhlükəsizlik və sabitliyimizi qorumaq üçün iki qardaş xalq - Liviya və Misir arasında əlaqəli səy göstərməyə çağırırıq", - deyilir.

Daha əvvəl bir təklif Misir prezidenti Fəttah Sisi tərəfindən verilmişdi. O, ölkəsinin ordusunun xarici müdaxilələrə qarşı mübarizədə təlim və silahlandırma ilə Liviyalılara kömək edə biləcəyini qeyd etmişdi.

Sənəddə qeyd olunur ki, Misir qüvvələri Liviya və Misirin milli təhlükəsizliyini qorumaq üçün müdaxilə etmək hüququna malikdirlər.

Xatırladaq ki, bir qədər əvvəl Haftar ordusu dünyadan tanınan Milli Birlik Hökumətinin qüvvələrinin hərəkətini dəf etmək üçün Sirt şəhərinə ballistik raketlər atmışdı. Bundan əvvəl Misir hakimiyyəti Liviyadakı türk ordusu Sirt şəhəri ətrafında "qırmızı xətti" keçərsə Liviyaya qoşun göndərməklə hədə-qorxu gəlmişdi.

Liviya indi vətəndaş müharibəsi vəziyyətindədir. Ölkənin şərqində qiyamçı marşal Xəlifə Haftarın rəhbərlik etdiyi parlament və Liviya Milli Ordusu (LNA), qərbində isə BMT tərəfindən dəstəklənən Baş nazir və hökumət yerləşir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook