SON XƏBƏR

Xələf Xələfov: “Müvafiq orqanlarımızda səfirlikdəki cinayətlə bağlı lazımi qədər tutarlı sübutlar var”

Yanvar 29
23:36 2023
"Bizim müvafiq orqanlarımızda səfirlikdəki cinayətin baş verməsi ilə bağlı lazımi qədər tutarlı sübutlar var”.

"Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Bununla bağlı materiallar, məlumatlar var. Ona görə də biz İran tərəfindən bundan sonra da tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalı, layiqli cəzasını almalıdır”, - X.Xələfov bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook