SON XƏBƏR

Xədicə İsmayıla görə prokurorluğa müraciət olunacaq

Yanvar 19
22:27 2016
Araşdırmaçı jurnalist, AzadliqRadiosunun əməkdaşı Xədicə İsmayılın mənzilinə gizli yolla kamera yerləşdirilməsilə bağlı cinayət işi üzrə icraatın təzələnməsi üçün yaxın günlərdə prokurorluğa müraciət olunacaq.
 
Bu barədə AzadliqRadiosuna jurnalistin vəkili Yalçın İmanov məlumat verib. Yanvarın 19-da 4 saylı cəzaçəkmə müəssisəsində Xədicə İsmayilla görüsdüyünü deyən vəkilin sözlərinə görə, jurnalistin şəxsi həyatına müdaxilə faktı üzrə başlanmış cinayət işi ətrafında müzakirə aparıblar:
 
"Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsilə başlanmış cinayət işi üzrə icraat, istintaq hərəkətləri bir xeyli müddət əvvəl dayandırılıb. Milli Təhlükəsizlik Nazirliyi ətrafindakı məlum olaylardan sonra yeni açılan hallarla əlaqədar cinayət işi üzrə icraatın təzələnməsi üçün prokurorluğa müraciət edəcəyik”.
 
Vəkil onu da bildirib ki, Xədicə İsmayılın durumundan heç bir şikayəti yoxdur: "Əhval-ruhiyyəsi yaxşıdır, dostlara salamı var”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook