SON XƏBƏR

Xədicə İsmayıl kassasiya şikayəti verib

Fevral 23
16:48 2016
Həbsdə olan jurnalist Xədicə İsmayılova barəsində hökmdən verilən kassasiya şikayəti icraata verilib.
 
Virtualaz.org saytının məlumatına görə, bu barədə vəkil Yalçın İmanov öz "Facebook” səhifəsində bildirib. Vəkilin sözlərinə görə, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib.
 
Kassasiya şikayəti üzrə məhkəmənin keçiriləcəyi tarix məlum deyil. Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyiylə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib. Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib.
 
Jurnalist Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınır. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook