SON XƏBƏR

"Xəcalət" növbəti dəfə Füzuli Dövlət Dram teatrında

Noyabr 11
19:41 2015
Füzuli Dövlət Dram teatrı Hüseynbala Mirələmovun "Xəcalət” tamaşasını məcburi köçkünlərin məskunlaşdığı Zobucuq-3 qəsəbəsində yerləşən 33 saylı tam orta məktəbin kollektivinə təqdim edib.
 
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Elçin Məmmədov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov çıxış ediblər.
 
Tamaşanın sonunda çıxış edən məktəbin direktor müavini Qurbanov Taleh bildirib ki, vətənpərvərlik mövzusunda olan bu tamaşa şagirdlərimiz üçün böyük məna kəsb edir və onların vətənpərvər ruhda yetişmələrinə kömək olur. O, tamaşanın bütün məktəb kollektivi tərəfindən bəyənildiyini xüsusi qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook