SON XƏBƏR

Xəbəri olmadan adına şirkətlər açılan şəxslə bağlı Baş Prokurorluq hərəkətə keçdi

Aprel 07
19:46 2022
Ötən gün Şabran rayon sakini Elvin Rəsulovun tanışı tərəfindən aldadılaraq, adına 100 min manatdan çox vergi borcu yarandığı barədə məlumat vermişdik. Məsələ ilə bağlı prokurorluq tərəfindən tədbir görülüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şabran rayon sakini Elvin Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları ilə birgə araşdırma aparılır.

Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək.
 
Qlobal.Az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook