Xəbər aparıcısı ilə prezidentlər arasında səmimi söhbət
Oktyabr 21
22:53
2022
ARB 24 telekanalının xəbər aparıcısı Günel Mönsümova Zəngilanda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Bu barədə Günel Mönsümova sosial şəbəkə hesablarında məlumat verib. Qeyd edib ki, ötən il Zəngilanda təməli qoyularkən aparıcılıq etdiyi "Dost Aqropark"ın açılış tədbirinin builki aparıcılığını da edib.
Mərasimdən sonra isə əslən zəngilandan olan aparıcı və prezidentlər arasında ötən il olduğu kimi yenə də səmimi söhbət baş tutub.
Daha sonra isə xatirə fotosu çəkilib.
Qeyd edək ki, Günel Mönsümova Zəngilanın işğaldan azad olunma xəbərini göz yaşları ilə xəbər studiyasından çatdırmışdı.