SON XƏBƏR

Xarici şirkətin Azərbaycan filialının 32 min manatlıq malı müsadirə olundu

Mart 29
16:02 2023
"İntek Zemin İnşaat Makina Gemi Sanayi ve Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasindaki Filialına məxsus 32438.44 manat dəyərində mallar məhkəmənin qərarı ilə müsadirə edilib. 

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhər Baş Gömrük İdarəsi tərəfindən MMC barəsində 6 mart tarxində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə "İntek Zemin İnşaat Makina Gemi Sanayi ve Ticaret Limited" şirkətinin Azərbaycandakı Filialı İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə tənbeh tədbiri tətbiq edilib. 

Gömrük dəyəri 32438.44 manat olan, qara metallardan borular və qaya süxurlarının torpaqa qazılması üçün alətlər və qazan maşının hissələri yükü müsadirə olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook