Xarici diplomatların Gəncəyə səfəri başlayıb
Oktyabr 17
13:02
2022
Azərbaycanda akkreditə olunan diplomatik korpus, xarici və yerli media nümayəndələrinin Gəncəyə səfəri başlayıb.
"Report"un məlumatına görə, qonaqlar səfər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində iştirak edəcək, eləcə də şəhərin infrastrukturu, yaşayış binalarına yetirilmiş və mülki şəxslərə vurulmuş ziyanın nəticələri ilə yerində tanış olacaqlar.



