Xaraba günə qalan Gəncə - FOTOLAR
İyun 20
10:30
2022
Gəncədə bərbad yollar, üfunət bürüyən zibilliklər problemi hələ də öz həllini tapmır. Əksinə, gün keçdikcə ayrı-ayrı sakinlərin haqlı iradlarının sayı artır, şəhərin mərkəzi hissələrində belə primitiv nöqsanlar göz oxşayır.
Qlobal.az-ın Demokratik.Az-a istinadən məlumatına görə, hazırda şəhər Kommunal təsərrüfatı istehsalat birliyinin fəaliyyəti acınacaqlıdır. Hər gün bu qurumun fəaliyyətsizliyi və özbaşınalığına dair faktlar yayılır.
Feysbuk-da "Gəncə və Gəncəlilər" qrupunda Abdulla Alısoy adlı sakin yazır: "Bura Heydər Əliyev prospektidir. (köhnə Ş.İ.Xətai) Priborun yanında zibilin qoxusundan ağcaqanadın əlindən imkan yoxdur, biabırçı vəziyyətdir. 1 həftədir gəlib yığışdıran yoxdur".

Maraqlıdır, şəhərin sözügedən problemlərinə ayrılan milyonlar indi hara sərf edilir, kommunal xidmət adı ilə əhalidən toplanan pulları bəs kim yeyir ki, hələ də zibilliklərin varlığından danışılır?