SON XƏBƏR

Xankəndi və Gəncədə hərbi yürüş keçirildi

İyun 26
11:51 2025
Gəncədə hərbi yürüş keçirilib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə bu dəqiqələrdə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüş keçirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşıb.

Xankəndi şəhərində də 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib. Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə mərkəzi küçələrdə müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla dinləyib. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.//Report.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook