SON XƏBƏR

Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

May 11
09:33 2024
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. 

Qaynarinfo-nun məlumatına görə, avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. 

İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. 

Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook