Xankədindən Şuşaya kanat yolu çəkiləcək
Fevral 28
13:53
2016
Artıq 25-ci ildir ki, Qarabağın mərkəzi Xankəndini tam nəzarətə götürmüş ermənilər işğal etdikləri Dağlıq Qarabağ və ətraf bölgələrimizdə möhkəmlənməklə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, həm Rusiya, həm də ABŞ və Avropanın çoxüzlü siyasətlərinin və maliyyə dəstəklərinin himayəsi altında işğalı hüquqi baxımdan da sona çatdırmaq üçün əllərindən gələni edirlər...
Hafta.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, qondarma "DQR”-in "baş naziri” adlanan Ara Arutunya "parlament” və "hökumət” nümayəndələri ilə görüş zamanı Xankəndidən Şuşaya kanat yolunun çəkilməsi ilə bağlı layihə təqdim edib. Ara Arutunyan bu layihənin gerçəkləşməsində Şuşanın turizm mərkəzinə çevrliməsi məqsədini güddüklərini söyləyib. Bununla bağlı xaricdəki erməni biznesmenlərə müraciət olunacağı gözlənilir.
Sultan Laçın



