Xamneyi Avropanın “zəif nöqtəsi“ni açıqladı
Fevral 09
01:22
2016
İranın ali dini lideri Əli Xamneyi hesab edir ki, Avropa ölkələrinin öz iradələri yoxdur və onlar ABŞ-ın təsiri altındadırlar.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, Əli Xamneyi bu barədə Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüş zamanı deyib.
"Bu tənqid, ABŞ-ın təsiri altında olan və öz iradələrini itirən Avropya aiddir”, - o deyib.
Dini liderin sözlərinə görə, avropalı siyasətçilərin bu "zəif nöqtəyə” diqqət yetirməlidirlər.
Xamneyi həmçinin Suriyadakı vəziyyəti şərh edib.
O qeyd edib ki, terrorçuluq "çox təhlükəli və yoluxucu xəstəlikdir" və "bu xəstəliyə” yalnız birlikdə qalib gəlmək olar.



