Xameneyi nüvə sazişini təsdiqlədi
Oktyabr 22
11:06
2015
İranın ali dini lideri ayətullah Əli Xameneyi Tehranla 6 aparıcı dünya ölkəsi arasında əldə edilən nüvə sazişini təsdiqləyib, amma xəbərdarlıq edib ki, İran sayıq olmalıdır, ABŞ-a etibar eləmək olmaz.
Qlobalinfo xəbər verir ki, Xameneyi oktyabrın 21-də prezident Həsən Ruhaniyə ünvanlandığı məktubda bildirilir ki, ABŞ-la Avropa Birliyi İrana qarşı sanksiyaların ləğvini açıq şəkildə bəyan etməlidirlər. O, xəbərdarlıq edib ki, bu sazişdə bir sıra struktur zəif yerlər ver.
İranda son söz sahibi olan olan Xameneyi bunadək bu razılaşmanı rəsmi şəkildə rədd və ya qəbul eləməmişdi.



