SON XƏBƏR

“Xameneyi hərbi hazırlıq əmri verib” - "Reuters"

Aprel 07
11:12 2025
Tehran ABŞ prezidentinin birbaşa danışıqlar təklifini rədd etməsilə yanaşı, Oman vasitəsilə danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Bu barədə "Reuters” xəbər verir ki, adının açıqlanmasını istəməyən yüksək rütbəli İran rəsmisinə istinadla məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, İran İraq, Küveyt, BƏƏ, Qətər və Bəhreyn də daxil olmaqla ABŞ hərbi bazalarına ev sahibliyi edən ölkələrə xəbərdarlıq edib ki, Amerikanın mümkün hücumuna, o cümlədən hava məkanından və ya ərazisindən istifadə edilməsinə dəstək düşmənçilik kimi qiymətləndiriləcək.

Rəsminin sözlərinə əsasən, İranın ali rəhbəri Əli Xameneyi ölkənin silahlı qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook