Xameneinin müşaviri İranın ABŞ-la nüvə danışıqlarına hazır olduğunu deyib
Noyabr 19
10:58
2025
Ehtiram əsasında keçiriləcəyi təqdirdə, İran ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazırdır.
"Amerikalılar əvvəlcə bizim qoyduğumuz şərtlər daxilində danışıqlara hazır olduqlarını göstərməlidirlər. Bu şərtlər qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında olmalıdır. Bu müzakirələr baş tutmazdan əvvəl konkret gündəlik tərtib olunmalıdır. Təəssüflər olsun ki, Prezident Tramp diplomatik proseslərə inanmır və öz məqsədlərinə çatmaq üçün güc istifadə etməyi daha üstün tutur”, - Xameneinin müşaviri bildirib.
"Biz ABŞ-la yalnız və yalnız nüvə məsələlərini müzakirə edəcəyik” - deyən Xərrazi İranın ballistik raket proqramının genişlənməkdə olduğunu və bu məsələnin danışıqlar masasında olmayacağını vurğulayıb.
İranın Ali Rəhbərinin müşaviri həmçinin vurğulayıb ki, ABŞ-la nüvə danışıqları uranın zənginləşdirmə prosesinin özü haqqında yox, zənginləşdirmənin dərəcəsi ətrafında aparılacaq.



